mobil versiya

Səudiyyə şahzadəsi Ermənistana səfər edib



Səudiyyə Ərəbistanı şahzadəsi Əbdüləziz bin Talal Əl Səud Ermənistana gəlib.

Səudiyyə şahzadəsini "Zvartnots" Beynəlxalq Hava Limanında qarşılayan Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan səfər barədə məlumat verib.

Papoyan özünün "Facebook" səhifəsində yazıb: "Mən Səudiyyə Ərəbistanı Krallığından olan Əlahəzrət Şahzadə Əbdüləziz bin Talal Əl Səudu qarşıladım".

Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr hələ bu yaxınlarda – 2023-cü ilin noyabrında qurulub.


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:42