Sahib Rzayev ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər imzaladığı Sərəncamla Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:03


























