mobil versiya

Teymur Musayev Baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edildi



Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Prezident İlham Əliyevin imzaladığı digər Sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı digər Sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Reportyor.az 




MANŞET / KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:44