Anar Babayev Naxcıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib

Anar Babayev Naxcıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, Anar Mehti oğlu Babayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Dövlət başçısının imzaladığı Sərəncamla Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident Nurlan Rauf oğlu Hacıyevi Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. Bu barədə Sərəncam imzalayıb.
İlham Əliyev Naim Etibar oğlu Cahidzadəni Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Prezident imzaladığı digər Sərəncamı ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 13:12


























