Əfqanıstan və Rusiya ümumi dəyəri 103 milyon dollar olan 15 iqtisadi əməkdaşlıq sazişi imzalayıb

Əfqanıstanın özəl sektoru ilə Rusiya Federasiyası arasında ümumi dəyəri 103 milyon dollar təşkil edən 15 iqtisadi əməkdaşlıq sazişi imzalanıb.
Sazişlər Əfqanıstanın iqtisadi məsələlər üzrə baş nazir müavini Molla Əbdül Qani Baradar və Rusiyanın baş nazir müavini Aleksey Overçukun iştirakı ilə imzalanıb.
Razılaşmalara əsasən, tərəflər Əfqanıstana dərman vasitələri, buğda, un və bitki yağlarının idxalı, eləcə də Əfqanıstandan Rusiyaya təzə meyvələrin – xüsusilə də narların – ixracı sahəsində əməkdaşlıq edəcəklər.
İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi və müxtəlif sahələrdə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi də sazişlərin əhatə etdiyi əsas istiqamətlər sırasındadır.
Rəsmi şəxslərin sözlərinə görə, bu sazişlər iki ölkə arasında qarşılıqlı ixrac və idxal proseslərini asanlaşdıracaq.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:54


























