Millətlər Liqası: Azərbaycan millisi bu gün Lixtenşteynlə qarşılaşacaq

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün sonuncu oyununu keçirəcək.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda səfərdə Lixtenşteynlə üz-üzə gələcək. D Liqasının 2-ci qrupunun matçı saat 23:45-də start götürəcək. Görüşün baş hakimi estoniyalı Kristo Tohver olacaq.
Azərbaycan millisi üç oyundan sonra hazırda beş xalla qrup lideridir. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:38


























