mobil versiya

Azərbaycan yığması bu gün Estoniya ilə oynayacaq


Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında səfərdə Estoniya millisi ilə üz-üzə gələcək.

C Liqasının 1-ci qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Tallində gerçəkləşəcək matçı İrlandiyadan olan Rob Harvi idarə edəcək. Qrupun saat 22:45-də başlayacaq digər oyununda Slovakiya İsveçi qəbul edəcək.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
III tur
20:00. Estoniya - Azərbaycan

Baş hakim: Robert Harvi (İrlandiya).
Tallin, "A.Le Koq Arena”.
Qeyd edək ki, iki turdan sonra İsveç və Slovakiya 6 xalla ilk pillələri bölüşürlər. Hər iki matçda uduzan Azərbaycan və Estoniya kollektivləri 3-4-cü yerdə qərarlaşıblar.

KARUSEL / İDMAN
Tarix: 11-10-2024, 09:50