Qazaxıstan ictimai asayiş və təhlükəsizlik baxımından dünyanın ən yaxşı 50 ölkəsi arasında yer alıb.

Qazaxıstan ictimai asayiş və təhlükəsizlik baxımından dünyanın ən yaxşı 50 ölkəsi arasında yer alıb.
Bu, Dünya Ədalət Layihəsinin (WJP) 2026-cı il üçün beynəlxalq tədqiqatının nəticələrinə əsasəndir.
Qazaxıstan 143 ölkə arasında 41-ci yerdə qərarlaşaraq, Nizam və Təhlükəsizlik göstəricisində Fransa, İtaliya, Portuqaliya, Gürcüstan, Türkiyə, Rusiya və Qırğızıstan kimi ölkələri qabaqlayıb.
Qeyd edək ki, Qazaxıstan ardıcıl olaraq irəliləyiş nümayiş etdirib: 2023-cü ildə ölkə 44-cü yerdə qərarlaşıb və sonrakı üç ildə hər il bir pillə yüksəlib.
Ölkə daxilində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin ilk doqquz ayında qeydə alınan cinayətlərin sayı 15% azalıb.
WJP-nin beynəlxalq reytinqi, digər məsələlərlə yanaşı, cinayətkarlıq səviyyəsini və vətəndaşların zorakılıqdan qorunma səviyyəsini nəzərə alaraq, ictimaiyyətin və ekspertlərin araşdırmalarına və sorğularına əsaslanır.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:25


























