mobil versiya

Türk dünyasının “Ən yaxşı stenoqrafiya üzrə rəssam”ı mükafatına azərbaycanlı layiq görüldü



İstanbulda Mask-Kara Teatrında “Teatr” (“Tiyatro”) qəzetinin təsis etdiyi “Beynəlxalq Anadolu Teatr Mükafatları”nın 8-ci təqdimat mərasimi keçirilib.
Qəzetin və TÜRKSOY-un birgə təşkil etdiyi mərasimdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının baş rəssamı Mustafa Mustafayev Türk dünyasının “Ən yaxşı stenoqrafiya üzrə rəssam”ı mükafatına layiq görülüb.
Qeyd edək ki, “Tiyatro” qəzeti bu günə qədər əsasən Türkiyə, Makedoniya, Kosovo, Azərbaycan, Almaniya, İngiltərə, Azərbaycan, Moldova, Qazaxıstan, Qırğızıstan və Rusiyadan olan üç yüz altmış beş teatr sənətçisini mükafatlandırıb.
Bu il mükafat kateqoriyası siyahısında Türkiyədən 17 şəhər və Almaniya, Şimali Makedoniya, İtaliya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən sənətçilər yer alıb.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 27-04-2023, 13:16