mobil versiya

İndoneziya ilə dağ-mədən sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub




“AzerGold” QSC-də İndoneziya Respublikasının İnvestisiya və Aşağı Axın Sənayesi nazirinin müavini, İnvestisiyaların Əlaqələndirilməsi Şurasının sədr müavini Todotua Pasaribunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin 10 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi strateji layihələr və gələcək inkişaf hədəfləri barədə məlumat verib.


Tərəflər Azərbaycan və İndoneziya arasında dağ-mədən sənayesi üzrə investisiya əməkdaşlığının potensialını və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər. Xüsusilə “AzerGold” QSC-nin İndoneziyada perspektivli mədən layihələrində investor qismində iştirakı və investisiya tərəfdaşlığının qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb.


İndoneziya tərəfi isə Azərbaycanda həyata keçirilən dağ-mədən layihələrinə, xüsusilə “AzerGold” QSC-nin strateji layihələrindən olan Daşkəsən dəmir filizi layihəsinə maraq ifadə edib. Layihənin icra perspektivləri və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Görüşün yekununda tərəflər qarşılıqlı maraq doğuran layihələr üzrə texniki müzakirələrin davam etdirilməsi və onların nəticələri əsasında əməkdaşlığın növbəti mərhələlərinin müəyyənləşdirilməsi barədə razılığa gəliblər.

Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:40