mobil versiya

Azərbaycan kuboku: Bu gün daha iki oyun keçiriləcək



Oktyabrın 27-də futbol üzrə Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinə start verilib.

Mərhələnin ilk oyun günündə beş qarşılaşma keçirilib.

Premyer Liqa klublarından “Araz-Naxçıvan” “Şimal”ı 6:0 hesabı ilə məğlub edib.
2-ci Liqada çıxış edən “Marafon” isə 1-ci Liqada mübarizə aparan “Zaqatala”ya qalib gəlib – 1:0.
“Sumqayıt” “Kür-Araz”la, “Qəbələ” “Mingəçevir”lə oyunda darmadağına imza atmaqla istəyinə çatıb. Günün son oyunu “Səbail”lə “Zirə” arasında keçirilib. Dörd qolun qeydə alındığı və əlavə vaxta gedən oyunun yekununda “Zirə” çətinliklə mərhələ adlayıb.
Mərhələnin bir neçə oyunu dünən keçirilib.
Premyer Liqa təmsilçilərindən “İmişli” “Qaradağ Lökbatan”a (4:1), “Şamaxı” isə “Hypers”ə (5:1) qalib gəlib.
1-ci Liqa təmsilçilərindən “Şahdağ Qusar” MOİK-i böyük hesabla məğlub edib – 9:1.
Bu nəticələrdən sonra “İmişli”, “Şamaxı” və “Şahdağ Qusar” 1/8 finala vəsiqə qazanıb.
“Şəfa” bu mərhələdə “Ağstafa Gəncləri”ni,“Kəpəz” isə “Baku Sportinq”i mübarizədən kənarlaşdırıb.
Bu mərhələnin qalan oyunları bu gün keçiriləcək.
Azərbaycan kuboku, 2-ci təsnifat mərhələsi
27 oktyabr
Şimal – Araz-Naxçıvan 0:6
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu
Marafon – Zaqatala 1:0
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Marafon Arena”
Kür-Araz – Sumqayıt 0:11
Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“SOCAR Polymer Arena”
Qəbələ – Mingəçevir 3:0
Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu
Səbail – Zirə 2:2 (penaltilər 2:3)
Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Bank Respublika Arena”
28 oktyabr
İmişli – Qaradağ Lökbatan 4:1
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu
MOİK – Şahdağ Qusar 1:9
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Zakir Şükürzadə, Pərviz İbrahimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu
Hypers – Şamaxı 1:5
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Əkbər Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu
Şəfa – Ağstafa Gəncləri 9:2
Hakimlər: Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“SOCAR Polymer Arena”
Kəpəz – Baku Sportinq 3:1
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu
29 oktyabr
14:00. Xankəndi – Gəncəbasar
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
14:00. Zəngəzur – Karvan Yevlax
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu (Komanda.az)

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:54