mobil versiya

ARDNF-də İndoneziya nümayəndə heyəti ilə görüş keçirilib




Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov İndoneziya Respublikasının İnvestisiya və Emal Sənayesi üzrə nazir müavini Todotua Pasaribunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə ARDNF xəbər paylaşıb.

Görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi, İndoneziyanın dövlət investisiya holdinqi “Danantara”, eləcə də ölkənin digər investisiya qurumlarının nümayəndələri iştirak ediblər.
Tərəflər Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı ARDNF-nin Asiya bazarlarında investisiya fəaliyyəti, regionun aparıcı investisiya institutları ilə qurduğu tərəfdaşlıqlar və bu əlaqələrin gələcək əməkdaşlıq üçün yaratdığı imkanlar da nəzərdən keçirilib.


Bu çərçivədə ARDNF, Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu tərəfindən 2026-cı ilin aprelində yaradılmış Çin-ASEAN İnvestisiya Platformasına da toxunulub. Platforma tərəflər arasında artıq formalaşmış institusional əməkdaşlığın konkret nümunələrindən biri olmaqla, Cənub-Şərqi Asiyanın yüksək artım potensialına malik bazarlarında özəl kapital investisiyaları və uzunmüddətli tərəfdaşlıq imkanları üçün əlavə imkanlar yaradır.
Görüşdə, həmçinin infrastruktur, texnologiya və rəqəmsal iqtisadiyyat daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər institusional dialoqun davam etdirilməsinin və qarşılıqlı maraq doğuran investisiya mövzuları üzrə əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:47