mobil versiya

Neft Fondunun aktivləri 2026-cı ilin əvvəlinə 73 milyard 541,5 milyon ABŞ dolları təşkil edib




ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 71,1 faizini, avro 16,9 faizini, funt sterlinq 4,8 faizini, Çin yuanı 2,3 faizini, Yaponiya yeni 1,3 faizini, digər valyutalar isə 3,6 faizini təşkil edib.

Bu barədə ARDNF-nin 2026-cı ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.

Hesabata görə, ABŞ dolları portfelinin 26 milyard 146,2 milyon dollarlıq hissəsini (35,6 faiz) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, Neft Fondunun aktivləri 2026-cı ilin əvvəlinə 73 milyard 541,5 milyon ABŞ dolları (125 milyard 20,5 milyon manat), mart ayının 31-nə isə 73 milyard 515,9 milyon dollar (124 milyard 976,9 milyon manat) təşkil edib.

Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:21