"Bitum” yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlanıb

“Bitum” yükü şübhə doğurdu
“Culfa” gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “don halda bitum” yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib.
Aparılan yoxlamalar nəticə verdi
Nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb. Keçirilən gömrük nəzarəti tədbirləri zamanı yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.

53 ədəd “kərpic” formalı qablaşmadan metamfetamin çıxdı
Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 53 ədəd kərpic formalı qablaşdırmada xalis təmiz çəkisi 45 kiloqram 201.395 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 16:49



























