Hindistanın XİN rəhbərinə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi barədə məlumat verilib

Xarici İşlər Naziri Ceyhun Bayramov Hindistanın Xarici İşlər Naziri Dr. S. Cayşankar ilə görüşərək, siyasi dialoq, ticarət, investisiya, enerji, nəqliyyat, turizm, təhsil, elm və mədəni əməkdaşlıq da daxil olmaqla, Azərbaycan-Hindistan münasibətlərinin bütün gündəliyini müzakirə edib.

Bu barədə XİN sosial media hesabında paylaşım edib.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Limanı, Ələt Azad İqtisadi Zonası və digər sənaye zonalarının təklif etdiyi imkanlar da vurğulanıb.
Müzakirələr həmçinin regional və beynəlxalq inkişafları, BMT, AQEM və ŞƏT çərçivəsində əməkdaşlığı əhatə edib.

Xarici İşlər Naziri Bayramov həmkarına Cənubi Qafqazdakı hadisələr, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, etimad quruculuğu tədbirləri barədə məlumat verib. Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma səyləri və davam edən mina təhlükəsi də müzakirə edilib.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri də müzakirə etdilər.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 15:23

























