Kral İordaniyanın İsrailin Suriya ərazisinə hücumlarını qəbul etmədiyini bir daha vurğulayıb

Kral, İordaniyanın qardaş Suriyanın öz təhlükəsizliyini, sabitliyini və ərazisi üzərində suverenliyini qorumaq istiqamətindəki səylərinə dəstəyini bir daha təsdiqlyib və İordaniyanın İsrailin Suriya torpaqlarına etdiyi hücumları qəbul etmədiyini vurğulayıb.
Yerli mətbuat xəbər verir ki, görüşdə iki ölkə və xalqları arasında dərin köklərə malik qardaşlıq əlaqələrinin möhkəmliyi, həmçinin enerji, nəqliyyat, ticarət və investisiya kimi mühüm sahələrdə əməkdaşlığı genişləndirmək üçün bu münasibətlərin daha da inkişaf etdirilməsi zərurəti qeyd olunub.
Danışıqlarda həmçinin İordan çayının qərb sahili, Qüds və Qəzzadakı vəziyyətlə yanaşı, regionda gərginliyin azaldılması, ərəb dövlətlərinin təhlükəsizliyinin və suverenliyinin qorunması istiqamətində səylərin gücləndirilməsi məsələlərinə toxunulub.
Görüşdə bir sıra əsas məsələlər, xüsusilə də ikitərəfli münasibətlərin inkişafı müzakirə olundu. Əl-Şeybani bildirdi ki, hər iki tərəf Suriyanın ərazi bütövlüyünü qoruyan və Süveyda mühafazasının (əyalətinin) sakinlərinin maraqlarına xidmət edən milli həll yoluna nail olmaq üçün Suriya Ərəb Respublikası, İordaniya Haşimilər Krallığı və ABŞ-ın iştirak etdiyi üçtərəfli yol xəritəsi üzrə irəliləməyin zəruriliyini vurğulayıblar.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:19


























