Argentina millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandada fəaliyyətini davam etdirəcək.
Xarici KİV xəbər verir ki, 48 yaşlı mütəxəssis Argentina Futbol Assosiasiyası ilə müqaviləsinin müddətini 2030-cu ilin yayına qədər uzadıb. Tərəflər arasında əvvəlki anlaşmanın müddəti bu ilin sonunda başa çatacaqdı.
Skaloni 8 ildir Argentina millisinə rəhbərlik edir. Komanda onun başçılığı altında 2022-ci ildə dünya çempionu olub, 2021 və 2024-cü illərdə isə Amerika kubokunu qazanıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:11


























