mobil versiya

Almaniya millisinə yeni baş məşqçi Klopp seçilib




“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp Almaniya millisinin yeni çalışdırıcısı olmağa yaxındır.

Xarici KİV xəbər verir ki, 59 yaşlı mütəxəssis artıq Almaniya Futbol Assosiasiyası ilə şəxsi müqaviləsinin bütün şərtlərini razılaşdırıb. Tərəflər arasında imzalanacaq müqavilənin müddəti 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

Almaniyalı çalışdırıcı son ilyarım ərzində “Red Bull” futbol sistemində çalışıb.

Almaniya millisi DÇ-2026-nın 1/16 final mərhələsində Paraqvaya məğlub olaraq (1:1, pen – 2:3), turnirlə vidalaşıb. Uğursuz çıxışdan sonra 2023-cü ildən milliyə rəhbərlik edən Yulian Naqelsmann postundan kənarlaşdırılıb.


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: 8-07-2026, 13:25