"Flamenqo”nun yeni baş məşqçisi açıqlanıb

Portuqaliyalı mütəxəssis Leonardo Jardim Braziliya çempionatında yeni iş tapıb. O, “Flamenqo”nun baş məşqçisi təyin olunub.
Tərəflər müddəti 2027-ci ilin dekabrının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar. 51 yaşlı çalışdırıcı artıq Braziliya təmsilçisində vəzifəsinin icrasına başlayıb.
“Flamenqo” bu həftə baş məşqçisi Felipe Luisin istefası açıqlanmışdı. O, komandanın “Madureyra” üzərində 8:0 hesablı qələbəsindən sonra vəzifəsini tərk edib.
Leonardo Jardim daha əvvəl “Monako”ya rəhbərlik edib və burada uğurlu nəticələri ilə tanınıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 5-03-2026, 13:04



























