mobil versiya

Zabratda ət emalı müəssisəsində mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb




Mediada yayılan məlumat əsasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində yerləşən, fiziki şəxs Lyubimov Tahir Qəhrəman oğluna məxsus ət emalı müəssisəsində yoxlama keçirib.

Müəssisənin qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərdiyi, toyuq ətlərinin müşayiətedici sənədlərinin olmadığı, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, toyuq ətlərindən götürülən nümunələr laborator müayinələrə cəlb edilib və məhsulların dövriyyəsi qadağan edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.




Reportyor.az 


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:45