Efiopiyanın qəhvə ixracı 870 milyon dollardan çox gəlir gətirib

Cari maliyyə ilinin ilk rübündə Efiopiyanın qəhvə ixracından əldə etdiyi ümumi gəlir ötən illə müqayisədə 15 faiz artaraq 870 milyon dolları ötüb.
Efiopiya Qəhvə və Çay İdarəsinin (ECTA) məlumatına görə, Çinə edilən ixracdan əldə olunan 100 milyon dollardan çox gəlir ümumi göstəricilərin artmasına töhfə verib.
ECTA-nın bildirdiyinə görə, ümumilikdə, ilk rübdə Efiopiya beynəlxalq bazara 131 min tondan çox qəhvə çıxararaq 878,5 milyon dollar gəlir əldə edib. Bu, ötən maliyyə ilinin eyni dövrü ilə müqayisədə 15 faizlik artım deməkdir.
İdarənin məlumatına əsasən, bunun 15 min tondan çoxu birbaşa Çinə göndərilib. Beləliklə, Çin Səudiyyə Ərəbistanı və Almaniyadan sonra Efiopiya qəhvəsinin ixrac edildiyi üçüncü ən böyük istiqamətə çevrilib.
Göstəricilərdə ciddi artım müşahidə olunsa da, qurum əldə edilən nəticənin proqnozlaşdırılandan bir qədər aşağı olduğunu qeyd edib.
"Arabika" qəhvəsinin vətəni hesab edilən Efiopiya, Afrikanın aparıcı qəhvə istehsalçıları və ixracatçılarından biridir.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:19


























