mobil versiya

AFFA İntizam Komitəsi hakimi təhqir edən məşqçi və futbolçunu cəzalandırıb





AFFA İntizam Komitəsi 2-ci Liqada hakimi təhqir edən futbolçu və məşqçini cəzalandırıb.

“Şəmkir”in oyunçusu Fuad Əhmədov “Ağstafa Gəncləri” ilə matçın 90-cı dəqiqəsində referini təhqir edib.

Qırmızı vərəqə alan Əhmədov dörd oyunluq cəza alıb, kluba 1000 manat cərimə kəsilib.
“Difai”nin məşqçisi Əli Hüseynov isə “Zəngəzur”la matçın 84-cü dəqiqəsində hakimin ünvanına təhqiramiz ifadələr işlədib. Mütəxəssis buna görə dörd oyunluq cəza ilə üzləşib, kluba 1000 manat cərimə kəsilib.

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:09