Niderland millisinin baş məşqçisi istefa verib

59 yaşlı mütəxəssis qərarını sosial şəbəkə hesabında paylaşaraq bunları yazıb:
“Niderland millisinin baş məşqçisi kimi fəaliyyətimi başa çatdırmaq qərarına gəldim”.
Niderland yığması 1/16 finalda Mərakeşə penaltilər seriyasında uduzaraq mundialla vidalaşıb. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilərdə isə Mərakeş 3:2 hesabı ilə üstün olub.
Ronald Kuman 2023-cü ilin aprelindən etibarən Niderland millisinə rəhbərlik edirdi.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:54


























