mobil versiya

Elçin Yusubov Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib




Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Elçin Yusubov Azərbaycan Respublikası Prezidentinin 7 mart 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdi.


Reportyor.az 



MANŞET / KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 13:02