FİFA Dünya Çempionatındakı hakimi tənqid etdiyinə görə Misir yığmasının baş məşqçisini cəzalandırıb

Futbol üzrə ali qurum olan FİFA, 2026-cı il Dünya Çempionatında hakimi tənqid etdiyi üçün Misir yığmasının baş məşqçisi Hüssam Həsəni üç oyunluq cəzalandırıb.
Hücumçu Mustafa Ziko isə beş oyunluq cəzalandırılıb; bu o deməkdir ki, o, iyun ayına qədər meydançadan kənarda qalacaq.
1/8 final mərhələsində Argentinaya 2:3 hesabı ilə uduzduqdan sonra Həsən, hakim səhvləri üzündən komandasının dörddəbir finala çıxmaq şansının "əlindən alındığını" (aldadıldıqlarını) bildirib.
Ziko isə oyundan sonrakı müsahibəsində hakimi təhqir edib.
Misir yığmasının fəaliyyətinə rəhbərlik edən Hüssam Həsənin qardaşı İbrahim Həsən də üç oyunluq cəzalandırılıb.
Misir Futbol Assosiasiyası FİFA-dan qərarın əsaslandırılmasını tələb etdiyini və bundan sonra apellyasiya şikayəti verib-verməmək barədə qərar qəbul edəcəyini açıqlayıb.
Əgər cəzalar qüvvədə qalsa, Hüssam və İbrahim Həsən noyabr ayında Malavi yığmasına qarşı keçiriləcək Afrika Millətlər Kuboku seçmə mərhələ oyununu buraxacaqlar.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:47


























