Paytaxtın üç rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 21-də Bakının Yasamal, Nizami və Binəqədi rayonlarında təmir işləri aparılacaq.
Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonunda transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Xaqani Dadaşov, Xıdır Mustafayev və Mirəli Seyidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Nizami rayonunda rele-mühafizə və avtomatika sistemlərinin yoxlanılması məqsədilə saat 09:00-dan 14:00-dək Bəhruz Nuriyev küçəsi, Babək və Qara Qarayev prospektlərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr olacaq.
Binəqədi rayonunda isə transformator məntəqəsində aparılacaq təmir və yoxlama işləri ilə əlaqədar saat 09:00-dan 14:00-dək 9-cu mikrorayonun Mir Cəlal küçəsinin bir sıra hissələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Qeyd olunub ki, görülən işlər elektrik enerjisinin təchizatının keyfiyyətinin yüksəldilməsinə və artan enerji tələbatının qarşılanmasına xidmət edir.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 09:28


























