mobil versiya

Pakistan və Qətər daxili təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib





Pakistan daxili işlər naziri Möhsin Nəqvi və onun qətərli həmkarı Şeyx Xəlifə bin Həməd bin Xəlifə Əl-Tani daxili təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Yerli mətbuatın yazdığına görə,  bu barədə nazirlik məlum verib.

Bəyanatda deyilir ki, iki nazir Dohada görüşüb və daxili təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Onlar həmçinin mövcud regional vəziyyəti və sülh və sabitliklə bağlı məsələləri müzakirə ediblər.

Bəyanatda deyilir ki, görüşdə iki daxili işlər nazirliyi arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsinə sadiqlik bir daha təsdiqlənib və daxili təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığın gücləndirilməsi barədə qərar qəbul edilib.

Görüş, Nəqvinin Dohada keçirilən 8-ci Qlobal Təhlükəsizlik Forumunda çıxışından bir gün sonra baş tutub. Forumda o, Pakistan və Qətərin regional sülh və sabitliyin təşviqi üçün birlikdə çalışdığını bildirib.

Qətərin sülh səylərindəki rolunu tərifləyən Nəqvi, iki ölkənin məqsədinin "daha çox münaqişənin qarşısını almaq və günahsız insanların həyatını xilas etmək" olduğunu bildirib.

“Dövrümüzün diplomatiyasında, başqaları tərəf seçəndə, Qətər danışmağa davam etməyi seçdi. Pakistan bunu yaxından gördü, çünki biz sizinlə birlikdə çalışmışıq”, - deyə o bildirib.

Nəqvi sonuncu dəfə Əl-Tani ilə 28 iyulda Dohada görüşmüş və təhlükəsizlik sahəsində əməkdaşlıq və ikitərəfli münasibətlərin daha da gücləndirilməsi yollarını müzakirə etmişdi.


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:23