mobil versiya

Somali ilə İƏT arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub






Somali Federativ Respublikasının Azərbaycandakı səfiri Abdinur Dahir Fidov səfirlikdə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) Avrasiya Regional Mərkəzinin Ali Komitəsinin sədri cənab Elçin Əsgərovu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə səfirliyin sosial media hesabında məlumat verilib.

Görüşdə səfirlik ilə İƏT GF-nin Avrasiya Regional Mərkəzi arasında əməkdaşlığın gücləndirilməsi, xüsusilə Azərbaycanda təhsil alan somalili tələbələrə dəstək göstərilməsi, təhsil və təlim imkanlarının artırılması, həmçinin somalili tələbələrin təşkilat tərəfindən həyata keçirilən inkişaf proqramlarında iştirakının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.



Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olduğu nəzərə alınaraq, tərəflər əməkdaşlığın gücləndirilməsinin, eləcə də somalili gənclərin bilik, bacarıq və liderlik keyfiyyətlərinin inkişafı üçün səmərəli imkanların yaradılmasının vacibliyini vurğulayıblar.

Səfir, gənclərin inkişafına göstərdiyi dəstəyə görə İƏT GF-nin Avrasiya Regional Mərkəzinə təşəkkürünü bildirib və səfirliyin somalili gənclər üçün real imkanlar yaradan əməkdaşlığa sadiq olduğunu təsdiqləyib.


Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 09:40