mobil versiya

Somali və NAMYO arasında əməkdaşlıq müzakirə olunub



Somali Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Abdinur Dahir Fidow Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (NAMYO) qərargahını ziyarət edərək, Təşkilatın sədri Leyla Həsənova ilə görüşüb. 

Bu barədə səfirlik sosial media səhifəsində paylaşım edib. 



Görüşdə Somali və NAMYO arasında, xüsusən də gənclərin inkişafı, təhsili, təlimi, liderlik və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. 



Həmçinin, Somali gənclərinin bilik, bacarıq və liderlik potensialını artırmaq üçün effektiv imkanlar və proqramlar yaratmaq barədə müzakirələr aparılıb.


Səfir Somalinin NAMYO ilə əməkdaşlığı gücləndirmək və Somali gənclərinə xidmət etmək üçün inkişaf imkanlarını genişləndirmək öhdəliyini vurğulayıb. 


Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 18:24