Çin Somaliyə qoşunların təliminə və təchizatına kömək edir

Somali Milli Ordusunun komandanı general-mayor İbrahim Məhəmməd Məhəmməd Çin Xalq Respublikasının Somalidəki səfiri səfir Vanq Yu ilə görüşüb.
Bu barədə Somali yerli mediası xəbər verir.
Görüşdə Somali ilə Çin arasında müdafiə münasibətlərinin və əməkdaşlığın, xüsusən də təlim, hərbi bilik və bacarıqların inkişaf etdirilməsi, Somali Milli Ordusunun keyfiyyətinin və imkanlarının artırılması sahələrində gücləndirilməsi müzakirə olunub.
Hər iki tərəf hərbi əməkdaşlığın daha da gücləndirilməsinin və Somali Milli Ordusunun qurulması və təkmilləşdirilməsinə dəstəyin vacibliyini vurğulayıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:49


























