Gündəlik vərdişləriniz, yoxsa genləriniz: Həyat keyfiyyətinizi nə müəyyən edir?

Dr. Maria Maksimenko bildirir ki, ömrü uzatmaq məsələsində sağlam həyat tərzi genetik amillər qədər vacibdir; hər ikisi uzun və aktiv bir ömür sürməkdə eyni dərəcədə mühüm rol oynayır.
Onun sözlərinə görə, bu amillərin təsiri fərqlidir: genetika ilkin şərtləri müəyyən edir, həyat tərzi isə yekun nəticəni böyük ölçüdə formalaşdırır.
"Bir çox insan elə düşünür ki, xarici görünüşləri və qocalma sürətləri tamamilə genetika ilə müəyyən olunur. Lakin söhbət ciddi irsi xəstəliklərdən və ya birbaşa sağlamlığa təsir edən genetik vəziyyətlərdən getmirsə, gündəlik vərdişlər qat-qat daha vacibdir", – deyə o qeyd edir.
Həkim vurğulayır ki, kifayət qədər yatmaq, balanslı qidalanmaq, sağlam çəkini qorumaq və mütəmadi idmanla məşğul olmaq sağlamlığın demək olar ki, bütün aspektlərinə – o cümlədən dərinin vəziyyətinə, yumşaq toxumaların durumuna, cərrahi əməliyyatdan sonrakı bərpa prosesinə, ümumi sağlamlığa və enerji səviyyəsinə – təsir göstərir.
"Biz genlərimizi seçə bilmərik, lakin həyat tərzimizi seçə bilərik. Gündəlik qərarlarımız təkcə nə qədər yaşayacağımızı deyil, həm də həyat keyfiyyətimizi və ömrümüzün müxtəlif mərhələlərində necə göründüyümüzü böyük ölçüdə müəyyən edir", – deyə o bildirir.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 09:24


























