mobil versiya

Egey dənizini keçməyə cəhd edən 12 miqrant həlak olub





Yunanıstan rəsmiləri Egey dənizini keçməyə cəhd edən 12 miqrantın həlak olduğunu açıqlayıblar. Onların arasında, qayıqlarının polis gəmisi ilə toqquşmasından sonra cəsədləri tapılan 6 nəfər də var.

Sahil mühafizəsinin məlumatına görə, bazar ertəsi Lesbos adası yaxınlığında baş verən toqquşma nəticəsində həlak olan 6 nəfər arasında bir körpə və dörd qadın da olub. Digər 6 nəfər isə Samos adası yaxınlığında aşan kiçik bir qayıqda olublar.


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:26