mobil versiya

Yunanıstan adasında miqrant qayığın batması nəticəsində iki nəfər ölüb






Yunanıstanın Samos adası yaxınlığında sənədsiz miqrantları daşıyan qayığın batması nəticəsində iki nəfərin ölüb, 22 nəfər isə xilas edilib.

Reportyor.az
xəbər verir ki, bu barədə sahil təhlükəsizlik rəsmiləri bildirib.

Sahil təhlükəsizlik sözçüsü, Ege dənizindən bir kişi və bir qadının cəsədinin götürüldüyünü, 20 kişi və iki qadının isə Samosa aparılaraq polis nəzarətinə verildiyini bildirib.
Sözçünün sözlərinə görə, qayıq batarkən saatda 60 kilometrə (37,5 mil) çatan küləklər əsib.
Türkiyənin qərb sahillərinə yaxın olan Samos tez-tez Avropa Birliyinə daxil olmaq istəyən miqrantlar üçün bir post kimi istifadə olunur. Amma qəzalar çox olur.
Ötən çərşənbə günü Kos adasında bir qayığın batması nəticəsində iki uşaq və iki qadın həlak olub. Sentyabr ayında Samos sahillərində 3 nəfər həlak olub.
KARUSEL / DÜNYA
Tarix: 21-10-2024, 14:22