mobil versiya

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb




Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Fələstin vətəndaşı Gürcüstandan Azərbaycan istiqamətinə, "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində isə 3 nəfər Əfqanıstan vətəndaşı və 2 nəfər Əlcəzair vətəndaşı Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. 

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Reportyor.az 



KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 16:22