mobil versiya

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb



Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, may ayının 14-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər (8-i azyaşlı uşaq), saat 02:10-da isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 24 nəfər (16-sı azyaşlı uşaq) Azərbaycan vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
KARUSEL / ÖLKƏ
Tarix: 14-05-2024, 18:34