mobil versiya

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb



Yanvarın 15-də saat 21:56-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Neftçala rayon sakini 1967-ci il təvəllüdlü Mustafayev Eldəniz Aboş oğlu saxlanılıb.
Qurumun mətbuat mərkəzindən verilən məlumata görə, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
DSX tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla həyata keçirilir.


KARUSEL / ÖLKƏ
Tarix: 18-01-2024, 14:16