Rusiyanın pilotsuz uçuş aparatları (PUA) Ukraynanın Volın vilayətində 370 min nəfəri elektrik enerjisiz qoyub

Vilayət qubernatoru Roman Romanyuk "Telegram"da bildirib ki, Rusiyanın Polşa ilə həmsərhəd olan Volın vilayətinə endirdiyi PUA zərbələri nəticəsində 370 min nəfər elektrik enerjisiz qalıb, xarici investisiyalı bir müəssisəyə ziyan dəyib və iki nəfər xəsarət alıb.
Milli Polis "Telegram"da məlumat verib ki, Ukraynanın mərkəzindəki Uman şəhərində PUA-ların yaşayış binasına zərbə endirməsi nəticəsində daha beş nəfər xəsarət alıb.
Özəl enerji təchizatçısı olan DTEK şirkəti "X" sosial şəbəkəsində bildirib ki, Rusiyanın hücumları zamanı Ukraynanın paytaxtı Kiyevdə təcili elektrik kəsilmələri tətbiq edilib.
Avropa İttifaqı və NATO üzvü olan Polşanın Silahlı Qüvvələri "X" platformasında bildirib ki, Rusiyanın Ukraynaya hücumları zamanı ölkənin hava məkanını qorumaq üçün qırıcı təyyarələr havaya qaldırılıb. Daha sonra isə hava məkanının pozulması halının qeydə alınmadığı açıqlanıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:29


























