mobil versiya

Ukraynanın Sumi şəhərində Rusiyanın pilotsuz təyyarəsinin hücumu nəticəsində 3 nəfər ölüb





Rusiyanın Ukraynanın şərqindəki Sumı vilayətindəki yaşayış massivinə bir gecədə pilotsuz uçan aparatının hücumu nəticəsində biri uşaq olmaqla üç mülki şəxs həlak olub.

Reportyor.az
xəbər verir ki, bu barədə  vilayət qubernatoru bildirib.

Qubernator İqor Kalçenko Telegram mesajlaşma proqramında deyib: “Düşmən pilotsuz təyyarələrinin gecə vaxtı yaşayış binalarına hücumu nəticəsində biri uşaq olmaqla üç nəfər həlak olub”.

Tambov vilayətinin qubernatoru Maksim Yeqorov çərşənbə axşamı bildirib ki, Rusiyanın Tambov vilayətindəki kimya zavodunda Ukrayna pilotsuz təyyarəsinin hücumu partlayışa və qısamüddətli yanğına səbəb olub.

“İlkin məlumata görə, tələfat yoxdur”, Yeqorov Telegram mesajlaşma proqramında bildirib.
KARUSEL / DÜNYA
Tarix: 22-10-2024, 09:43