mobil versiya

Ukraynanın Odessa vilayətində Rusiyanın raket zərbəsi nəticəsində 4 nəfər ölüb




Ukraynanın cənubundakı Odessa vilayətində Rusiyanın raket zərbəsi nəticəsində 4 nəfər həlak olub.

Reportyor.az
xəbər verir ki, bu barədə qubernator Oleh Kiper Telegram mesajlaşma proqramında bildirib.

Kiper deyib ki, ballistik raket mülki əhalinin yaşadığı və işlədiyi iki mərtəbəli binaya düşüb. Daha on nəfər yaralanıb.

KARUSEL / DÜNYA
Tarix: 11-10-2024, 10:21