mobil versiya

Rusiya hərbçiləri Lvova raket zərbələri endirdi: 6 NƏFƏR ÖLDÜ



Rusiya hərbçiləri Ukraynanın qərbində yerləşən Lvov şəhərinə 4 raket atıb.

REPORTYOR.AZ UNIAN informasiya agentliyinə istinadla məlumatına görə, bu barədə Lvov vilayəti hərbi administrasiyasının başçısı Maksim Koziktski və Lvov şəhərinin meri Andrey Sadovı bildirib.

Qeyd olunub ki, raket zərbələri nəticəsində 6 dinc sakin ölüb, biri uşaq olmaqla 8 nəfər isə yaralanıb.

Turan OĞUZ,
REPORTYOR.AZ 


KARUSEL / DÜNYA
Tarix: 18-04-2022, 12:10