Bu il Azərbaycanda nə qədər neft emal və ixrac edilib

Bu ilin yanvar-sentyab aylarında Azərbaycanda 4,5 mln. ton neft emal edilib, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir, bu da illik müqayiisədə 2,2% azdır.
Bu barədə Energetika Nazirliyi xəbər verir.
Keçən il Azərbaycanda 6,2 mln. ton neft emal edilib. Bu da illik müqayisədə 6,9% artım deməkdir. Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.
Hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,1 milyon ton təşkil edib.
Bu dövrdə 15,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:35


























