XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanına başsağlığı verib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial medai hesabında paylaşım edib. Paylaşımda deyilir:
"Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına, eləcə də mülki infrastruktura qarşı son hücumlar nəticəsində həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq.
Bu faciəvi itki qarşısında yaxınlarını itirən ailələrə səbir və dözüm diləyirik".
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 16:41


























