Baş Müfti: Husilərin müqəddəs məscidlərə gedən ibadət əhlini hədəf alması ən ağır cinayətdir

Səudiyyə Ərəbistanının Baş Müftisi, Böyük Alimlər Şurasının sədri və Elmi Araşdırmalar və Fətva üzrə Baş İdarənin rəhbəri Şeyx Saleh əl-Fovzan bildirib ki, Husilərin İki Müqəddəs Məscidə (Məkkə və Mədinə məscidlərinə) gedən ibadət əhlini hədəf alması ağır cinayətdir.
O, verdiyi bəyanatda deyib: "Terrorçu Husi dəstələrinin mülki obyektləri hədəf alması və günahsız insanları, o cümlədən Məscidül-Həram və Məscidün-Nəbəviyə gedən ibadət əhlini qətlə yetirməsi, Uca Allahın şiddətli əzabla hədələdiyi ən ağır cinayətlər sırasındadır".
Baş Müfti əlavə edib: "Tarix boyu müqəddəs məkanları və Allahın Müqəddəs Evinə üz tutanları hədəf almaqla bu cinayətkar dəstənin yolunu tutan heç kəs məhv olmaqdan və ağır nəticələrlə üzləşməkdən yayına bilməyib. Biz Uca Allahdan bu cinayətkarların sonunu gətirməsini, ölkəmizi və müsəlman ölkələrini qorumasını diləyirik".
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:27


























