mobil versiya

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Məkkənin cənubunda husi pilotsuz təyyarəsini ələ keçirib





Yəməndə Qanuniliyi Dəstək Koalisiyasının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri çərşənbə axşamı Məkkənin cənubunda husi pilotsuz təyyarəsini müqəddəs şəhərin qadağan olunmuş hava məkanına girməzdən əvvəl ələ keçirib və məhv edib.

Koalisiyanın sözçüsü general-mayor Turki Əl-Maliki bildirib ki, Kral Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri 15 sentyabr saat 18:50-də dronu Məkkə üzərindəki məhdud hava məkanına girməzdən əvvəl ələ keçirib.

Əl-Maliki hadisəni husilərin Məkkəni hədəf almaq üçün ikinci cəhdi kimi təsvir edərək, 27 iyul 2017-ci ildə ballistik raket atışını qeyd edib.

O, sonuncu cəhdin dünya müsəlmanları üçün dərin dini əhəmiyyətə malik bir şəhəri hədəf aldığını və zəvvarları, vətəndaşları və sakinləri təhlükəyə atmaq və qorxutmaq məqsədi daşıdığını bildirib.

Əl-Maliki İki Müqəddəs Məscidin və zəvvarların təhlükəsizliyinin "qırmızı xətt" olduğunu söyləyib və əlavə edib ki, koalisiyanın husilərin növbəti hücumlarının qarşısını almaq üçün lazımi tədbirlər görməkdən çəkinməyəcək.


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:43