mobil versiya

Türkiyə vətəndaşı və İŞİD şübhəlisi Uğur Bahadır İslamabad hava limanına gəlib, Bəlucistanda təlim keçib





Mənbələrin verdiyi məlumata görə, İŞİD üzvü olduğundan şübhəlenilən Türkiyə vətəndaşı Uğur Bahadır Türkiyədən İslamabad hava limanına gəlib. O, oradan Pakistanın Bəlucistan əyalətindəki Mastunq bölgəsinə yollanıb və orada İŞİD düşərgəsində təlim keçib.

Bu barədə Əfqanıstanın yerli Ariana News xəbər portalı xəbər verir. 

Mənbələr bildirirlər ki, Kazım oğlu Bahadır 2025-ci ilin mart ayında Pakistanda həbs edilib. Bu məlumat, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) onu bu yaxınlarda Əfqanıstan-Pakistan bölgəsində keçirdiyi kəşfiyyat əməliyyatı zamanı ələ keçirdiyinə dair Türkiyə mətbuatında yayılan xəbərlərlə ziddiyyət təşkil edir.

Bildirilir ki, Bahadır Mastunqdakı İŞİD düşərgəsində altıncı təlim qrupuna qoşulub və orada "Əbdül Rəhman" adından istifadə edib. Təlimini başa vurduqdan sonra o, növbəti təlimatları gözləmək üçün "Muaviyə" adlı təlim mərkəzində qalıb.

Mənbələrin sözlərinə görə, 2025-ci ilin fevral ayının sonlarında Mastunqdakı İŞİD düşərgələri məhv edildikdən sonra, Bahadır qruplaşma rəhbərliyinin göstərişi ilə digər üzvlərlə birlikdə Xeybər-Paxtunxva əyalətinin Orakzai rayonuna köçüb. O, bundan sonra "Abdullah" ləqəbini götürüb.

Orakzaidə Bahadır əvvəlcə "Həmzə" kimi tanınan yerli İŞİD komandiri ilə qalıb. Fevralın 20-də Həmzənin "Tursmat" ərazisində öldürülməsindən sonra, Bahadırın "Əbu Nasir" kimi də tanınan Hacı Rəhmanın rəhbərlik etdiyi qrupa qoşulduğu bildirilir.

Fevralın 28-də "Qalcu" ərazisində keçirilən əməliyyat zamanı Hacı Rəhman öldürüldükdən sonra, Bahadır və "Yunus" (Məhəmməd oğlu, həmçinin "Yasser" kimi tanınır) adlı digər bir İŞİD üzvü Peşəvara getməyə cəhd göstəriblər.

Onlar daha sonra yerli polis nəzarət-buraxılış məntəqəsində saxlanılıblar. Polis əvvəlcə bu şəxslərin narkotik ticarəti ilə əlaqəli olduğundan şübhələnib, lakin sonradan onların İŞİD-lə əlaqələri müəyyən edilib.

Mənbələr həmçinin iddia edirlər ki, bu həbslər sonradan koordinasiyalı kəşfiyyat əməliyyatının nəticəsi kimi təqdim olunub. Onların sözlərinə görə, Pakistanın nəzarətində olan ərazilərdə saxlanılan xarici İŞİD üzvləri ilə bağlı oxşar hallar da əvvəllər təşkil olunmuş təhlükəsizlik əməliyyatları kimi təqdim edilib.


Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:46