mobil versiya

“Sabah” – “Trabzonspor” oyununun biletləri satışa çıxarılıb




FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə keçiriləcək “Sabah” – “Trabzonspor” (Türkiyə) oyunu üçün biletlər satışa buraxılıb.

A qrupunun 4-cü turu çərçivəsində baş tutacaq qarşılaşma noyabrın 10-da Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunacaq. Oyunun start fiti saat 20:00-da çalınacaq.
Azarkeşlər qiymətləri 2, 3, 10 və 100 manat arasında dəyişən biletləri “iticket.az” onlayn satış platforması üzərindən əldə edə bilərlər.


Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:41