mobil versiya

“Qarabağ”ın oyununun biletləri satışa çıxarılır





Sentyabrın 6-da Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılır.

Azarkeşlər biletləri bu gün saat 12:00-dan etibarən əldə edə bilərlər.
Biletlərin qiymətləri sektorlara uyğun olaraq 5–20 manat aralığındadır.
Biletləri “iTicket.az”-da onlayn, həmçinin, matç günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkün olacaq.
Oyun saat 20:15-də start götürəcək.
Qeyd: Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq. (Komanda.az)

Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:10