mobil versiya

Ermənistan Baş naziri: 2027-2028-ci illərdə Azərbaycanla sülh müqaviləsi imzalamalıyıq






Ermənistanın Baş naziri Nikol Paşinyan 2027-2028-ci illərdə Azərbaycanla sülh müqaviləsi imzalamağın mümkün olduğuna inandığını bildirib.

Bu barədə INTERFAX xəbər verir. 

"Mən dedim ki, Azərbaycanla sülh müqaviləsi 2031-ci ildən əvvəl imzalana bilər. Dəqiq desək, hesab edirəm ki, müqaviləni 2027-2028-ci illərdə imzalamalıyıq", - deyə Paşinyan cümə axşamı jurnalistlərə bildirib.

"Biz Azərbaycanla işləməliyik", - deyə Ermənistanın Baş naziri əlavə edib.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:31