mobil versiya

Almaniya tənzimləyicisi "Bank Saderat Iran"ın Hamburqdakı filialının lisenziyasını ləğv edib





Almaniyanın maliyyə tənzimləyicisi "BaFin" cümə axşamı bildirib ki, sanksiyalarla əlaqədar olaraq "Bank Saderat Iran"ın Hamburq filialının lisenziyasını ləğv edib və onun ləğv edilməsi (likvidasiyası) barədə qərar qəbul edib.

Bu, "BaFin"in sentyabr ayında İran dövlətinə məxsus "Bank Sepah"ın Almaniyadakı filialını ödəmə qabiliyyəti olmayan (müflis) elan etməsindən sonra İran bankına qarşı atılan növbəti addımdır.

"BaFin" qeyd edib ki, "Bank Saderat" hüquqi tələbləri pozduğu və tənzimləyici tərəfindən aşkar edilmiş çatışmazlıqları aradan qaldırmadığı üçün onun lisenziyası artıq ötən il ləğv edilmişdi.

"BaFin"in məlumatına görə, Hamburq məhkəməsi ötən ay bank üçün ləğvedici təyin edib.

"BaFin" bildirib: "Nəticədə, quruma artıq bank fəaliyyəti ilə məşğul olmağa icazə verilmir".

"BaFin"in məlumatına əsasən, 13 əməkdaşı və 62,4 milyon avro (70,16 milyon ABŞ dolları) həcmində aktivləri olan bank, "Reuters"in şərh sorğusuna cavab verməyib.

Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:37