Paşinyan: Ermənistan-Türkiyə sərhədinin açılması istiqamətində Ankara və Bakı ilə işlər davam edir

Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan-Türkiyə sərhədinin açılması istiqamətində səylər davam edir.
Ermənistan mediası bu barədə xəbər verir.
O, jurnalistlərə açıqlamasında qeyd edib ki, Ermənistan bu məsələ ilə bağlı həm Türkiyə, həm də Azərbaycanla iş aparır. Paşinyan deyib: "Azərbaycanın bu məsələ ilə bağlı müəyyən narahatlıqları var və hazırda proses bu mərhələdədir. Lakin biz müəyyən həll yollarına nail olmaq üçün həm Azərbaycan, həm də Türkiyə ilə işləməyə davam edirik". Türkiyə 1993-cü ildə Ermənistanla quru sərhədini birtərəfli qaydada bağlamışdı. Son illərdə hər iki ölkə normallaşma səylərini gücləndirib; Ermənistan isə Türkiyənin sərhədi istənilən vaxt aça biləcəyini və buna hazır olduqlarını bəyan edib. Sərhəd-keçid məntəqələri yenilənib və fəaliyyətə hazırdır.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:50


























